Çindən yola salınan ikinci yük qatarı Bakıya çatıb

21 Aprel 2021 12:30 (UTC+04:00)

Çinin Çinqdao şəhərindən ölkəmizə yola salınan ikinci konteyner blok qatarı Bakı limanına çatıb.

Azərbaycan Dəmir Yolları QSC-nin törəmə şirkəti olan ADY Container MMC-dən SİA-ya verilən məlumata görə, qatar hər biri 40 futluq olmaqla 51 konteynerdən ibarətdir.

Daşıma Çin Dəmir Yolları (CRCT) və Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and Terminals”-ın əməkdaşlığı çərçivəsində həyata keçirilib.