Azərbaycan nefti ucuzlaşıb

21 Aprel 2021 12:09 (UTC+04:00)

Azərbaycanın yüngül neftinin qiyməti aprelin 20-də 65,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel azdır. Bu barədə SIA-ya verilən məlumata görə, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,38 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 65,07 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel azdır.