Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 656 mindən çox artıb.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 656 406 nəfər yeni koronavirusa yoluxub, 10 503 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 141 754 944, ölənlərin isə 3 025 835 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.