Türkiyə XİN-ə yeni sözçü təyin edilib

20 Aprel 2021 21:56 (UTC+04:00)

Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə yeni rəhbər təyin edilib. Türkiyənin XİN-in İnformasiya Baş İdarəsindən SİA-ya verilən məlumata görə, nazirliyin yeni sözçüsü Tanju Bilgic təyin edilib.

Qeyd edək ki, Türkiyə XİN-nin keçmiş sözçüsü Hami Aksoy Macarıstanın Türkiyədəki səfiri təyin edilib və aprelin 1-dən bu vəzifəsini icra edir.