Prezident "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində iştirak edib

20 Aprel 2021 14:14 (UTC+04:00)

Aprelin 20-də Hacıqabulda 110/35/10 kilovoltluq "Qarasu" yarımstansiyası istismara verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verdi.