Ermənilər Xalq Cəbhəsi sədrinin evini niyə yandırmadılar? VODEOFAKT + FOTO

20 Aprel 2021 12:53 (UTC+04:00)

Mərhum "Qara polkovnik" ləqəbli Fətulla Hüseynov həmin məqama toxunaraq sözügedən evi göstərir və onun AXC sədrinə məxsus olduğunu bildirir

Bugünlərdə sosial şəbəkələrdə Füzuli rayonunun Horadiz qəsəbəsinin azad edilməsindən sonra həmin ərazidə aparılmış çəkilişin qısa videogörüntüsü yayılıb. Məlum olub ki, 1993-cü ildə erməni işğalçıları Horadizi ələ keçirərkən, bu qəsəbəni də yandırıb-talan ediblər, dağıdaraq vəhşicəsinə məhvetmə siyasəti aparıblar. Yalnız Ulu Öndər Heydər Əliyevin qətiyyəti və iradəsi sayəsində - 1994-cü ildə azad olunmuş Horadiz sonradan dirçəldildi və ayağa qaldırıldı.

Məhz sözügedən videonu izləyərkən bir daha aydın olur ki, bu ərazilərin işğala məruz qalmasının əsas baiskarları satqın, xəyanətkar Xalq Cəbhəsi iqtidarı olub. Ancaq daha bir maraqlı məqamlardan biri də budur ki, erməni işğalçıları qəsəbədəki bütün evləri, mülkləri və s. obyektləri yandıraraq məhv etdikləri halda yalnız Xalq Cəbhəsinin sədrinin tikdirdiyi ikimərtəbəli mülkə toxunmayıblar.

Bu adamların satqınçılıqları və xəyanətləri ilə yanaşı, həm də düşmənlərlə qohumluq bağları da olub

Bu faktın özü də sübut edir ki, xain hakimiyyət nümayəndələri erməni işğalçıları ilə gizli sövdələşmələrə gediblər, həmçinin onlara məxsus evlərə, mülklərə toxunmayıblar. Sözügedən videomaterialda televiziyaya müsahibə verən mərhum "Qara polkovnik" ləqəbli Fətulla Hüseynov da həmin məqama toxunaraq sözügedən evi göstərir və onun AXC sədrinə məxsus olduğunu bildirir. Onun sözlərinə görə, bu adamların satqınçılıqları və xəyanətləri ilə yanaşı, həm də düşmənlərlə qohumluq bağları da olub. Ona görə də evlərinə, mülklərinə toxunulmayıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, AXC-Müsavat cütlüyünün iqtidarı zamanında torpaqlarımızın ard-arda işğalının əsas günahkarları məhz o zamankı hakimiyyət olub. Əgər onların xəyanətləri olmasaydı, Qarabağ torpaqları 27-30 illik işğala məruz qalmaz, dağıdılmaz, talan edilməz, həmçinin minlərlə vətəndaşımız işğal səbəbindən öz doğma yurd-yuvalarından məhrum olmaz, öldürülməz, qətlə yetirilməzdilər. Bütün dərd və bəlaların kökündə dayanan həmin ünsürlər bu gün özlərini "müxalifət" elan edərək, hələ də hakimiyyətə iddialı olduqlarını siyasi həyasızlıqları ilə bağırırlar. Lakin tarix və faktlar silinməzdir, unudulmur və ortada olan bu videofakt (belə faktlar yüzlərlərdir) da isbat edir ki, Azərbaycan xalqı heç nəyi yadından çıxarmır. Bu gün sosial şəbəkələrdə hay-haray, qaragüruhluq edən cəbhəçilər, müsavatçılar da belə faktlardan nəticə çıxarmaqla reallığın harada dayandığının fərqinə varmalıdırlar.

Rövşən RƏSULOV