25 yaşlı Qayane Qrantovna Arzumanyan Rusiyanın Xankəndidəki sülhməramlı kontingentinin rəhbərliyindən ədalət tələb edir. SİA xəbər verir ki, bu barədə erməni teleqram kanalları yazırlar. Qeyd olunduğuna görə, problemin delikantlığı ondan ibarətdir ki, 2021-ci ilin yanvarında erməni qadın Qarabağda Rusiya Federasiyası SM kontingentinin baş leytenantı Artyomla tanış olub. Onun sözlərinə görə, onlar iki həftəyə yaxın müddətdə görüşüblər və sonradan Artyom rabitəyə çıxmayıb. Komandanlıq isə erməni qadına onun harada olması barədə heç bir məlumat vermir.
Təqribən bir həftədən sonra Qayane öyrənib ki, o hamilədir və Artyoma bu barədə deyib. Onun sözlərinə görə, rus zabitinin bu xəbərə reaksiyası müsbət olub.
Hazırda erməni qadın hamiləliyinin 7-ci ayındadır. Onun valideynləri və qohumları müxtəlif orqanlara müraciətlər etsələr də, Artyomun harada olması ilə bağlı heç bir nəticə əldə edə bilməyiblər.
Həmçinin qeyd olunur ki, artıq bu kimi bənzər hadisələr Xankəndidə, eləcə də rus sülhməramlılarının xidmət apardıqları digər bölgələrdə bir neçə dəfə yaşanıb.
Rövşən RƏSULOV