İngiltərə Premyer Liqasında 32-ci turun oyunları davam edir.
SİA xəbər verir ki, bu gün "Liverpul" səfərdə "Lids"lə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
Qollar: Mane, 31 (0:1), Llorente, 87 (1:1)
Bu nəticədən sonra "Liverpul" 53 xalla 6-cı, "Lids" 46 xalla 10-cu pillədə qərarlaşıb.