Türkiyədə COVID-19-a yoluxanlar arasında ağır xəstə sayı artıb

20 Aprel 2021 03:34 (UTC+04:00)
Türkiyənin səhiyyə naziri Fahrettin Koca COVID-19-la bağlı ölkə xəstəxanalarının reanimasiya şöbələrində sıxlıqla bağlı açıqlama verib. SİA xəbər verir ki, nazir bu barədə rəsmi "Twitter" səhifəsində bildirib. Məlumata əsasən, ölkə üzrə COVID-19 səbəbindən reanimasiya şöbələrində sıxlıq səviyyəsi ilə bağlı ən yüksək rəqəm 73,5 faizlə Tekirdağda qeydə alınıb. Bu rəqəm İstanbulda 71,4, Kırklarelində 69, Çanaqqalada isə 67,1 faiz təşkil edib.