Türkiyə 1-ci liqasında 31-ci turun oyunları davam edir.
SİA xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Boluspor” bu tur səfərdə "Bandirmaspor"la qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Komandasının 3-cü qolunun ötürməsini də Araz verib.