Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI

19 Aprel 2021 16:39 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 19 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1337380, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 889232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448148 təşkil edir.