Xankəndi və s. ərazilərdə hərbi xidmət keçən əsgərlərin valideyinləri İrəvanda etiraz aksiyası keçirirlər
Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata zidd olaraq Ermənistan həbrçilərinin hərbi xidmət keçmələri prosesi davam edir. SİA erməni KİV-lərinə istinadən məlumat verir ki, Xankəndi və s. ərazilərdə hərbi xidmət keçən əsgərlərin valideyinləri İrəvanda etiraz aksiyası keçirirlər.
“Hələ də Qarabağda hərbi xidmət aparan hərbçilərin valisdeyinləri Hökumət evinin qarşısında etiraz aksiyası keçirirlər və dərhal övladlarının geri qaytarılmasını tələb edirlər”, məlumatda bildirilir.