Deputatımız Albaniyada parlament seçkilərini müşahidə edəcək

19 Aprel 2021 16:12 (UTC+04:00)

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün aprelin 20-də ölkənin paytaxtı Tirana şəhərinə səfər edəcək. SİA xəbər verir ki, Milli Məclisin deputatı ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri qismində aprelin 25-də keçiriləcək parlament seçkilərinə hazırlıq işləri ilə yaxından tanış olacaq, seçki günü məntəqələrə baş çəkərək səsvermənin gedişini və səslərin hesablanması prosesini müşahidə edəcək.

Səfər aprelin 27-də başa çatacaq.