Ermənistanın “çirkli atom bombası” varmı? ŞƏRH

19 Aprel 2021 15:59 (UTC+04:00)

Mixael Borodkin: “Bu mövzu yalnız Gürcüstanın, Azərbaycanın xüsusi didmət orqanlarının deyil, həmçinin dünya ictimaiyyətinin də diqqətinə alınmalıdır”

Ermənistanda növbəti hay-küyçü bəyanatlar yayılmağa başlayıb. Belə ki, ölkə KİV-ləri ağlasığmaz iddialarla ölkənin “nüvə dövləti” olduğunu yazırlar. Kim nə deyə bilər, axı onların Metsamor atom elektrik stansiyaları var...

Halbuki, bənzər iddialar daha əvvələr, misal üçün, 2016-cı ilin dördgünlük aprel müharibəsindən sonra da davamlı olaraq səsləndirilirdi. Həmin vaxt Ermənistan məğlub olmuşdu. Ötən ilin payızında da bu ölkə Azərbaycanın qalib çıxdığı və Qarabağı işğaldan azad etdiyi Vətən müharibəsindən sonra kapitulyasiya aktına imza atmağa məcbur oldu. İndi, yəni bütün bunlardan sonra Ermənistanda yenidən “çirkli atom bombası” ətrafında çoxsaylı iddialar yayılır, üstəlik “tətbiqinin mümkünlüyü” barədə fikirlər səsləndirilir.

Gürcüstanın dövlət təhlükəsizlik xidməti Ermənistandan kontrabanda yolu ilə keçirilən radioaktiv maddələri aşkar edir...

Bu iddialar eyni zamanda, Gürcüstanın dövlət təhlükəsizlik xidmətinin Ermənistandan bu ölkəyə kontrabanda üsulu ilə keçirilməsi cəhd edilən radioaktiv maddələrin aşkar edilməsi, cinayətkarların saxlanılması fonunda da səslənməkdədir. Ermənistandan Gürcüstana və digər ölkələrə cinayətkarlıq yolları ilə keçirilən radioaktiv maddələr və s. vasitələr daha əvvəllər də aşkarlanırdı. Məsələn, hələ 2017-ci ildə Ermənistandan Belarus üzərindən Bolqarıstana tranzit reyslə uçan təyyarədə də radioaktiv maddələr kontrabanda yolu ilə keçirilməyə cəhd edilmişdi. SİA xəbər verir ki, belə bir təhlükəli halla bağlı rusdilli caliber.az-a müsahibə verən İsrailli şərqşünas və jurnalist Mixael Borodkinə görə, hələlik indiyə qədər “çirkli atom bobması” heç yerdə istifadə olunmayıb. Lakin terrorçuların əlinə belə bir silahın keçməsi təhlükəsi qalmaqdadır.

“Uduzanlar özlərini əzilmiş hesab edirlər, ona görə də çox şey danışa bilərlər”

Bu məsələyə nə qədər ciddi yanaşılıb-yanaşılmamasına gəlincə, İsrail analitiki hesab edir ki, burada kimin hədə-qorxu, təhdid etdiyini müəyyən etmək lazımdır: “Bu cür riotikalara daha tez-tez marginallar əl atırlar. Əgər həmin məsələ ciddi hökumət səviyyəsində hazırlanırsa, artıq bu, başqa sualdır. Mən İsrail və İran nümunəsini gətirə bilərdim. Bilirsiniz ki, İsrail İranın nüvə proqramına görə çox narahatdır. Terrorçu qruplaşmalar da var ki, bizim ərazilərimizə, eləcə də dünyanın başqa ölkələrində yaşayan vətəndaşlarımıza qarşı zərbələr endirirlər. Əgər həqiqətən də (Ermənistanda-red.) belə bir texnologiya işlənməyibsə, heç bir ciddi təhlükə təsəvvür olunmursa, demək bu, sadəcə boşboğazlıqdır. Aydındır ki, bir müddət əvvəl hərbi əməliyyatlar başa çatıb, nəticə göz önündədir, hansı ölkənin qalib olduğu, hansının isə məğlubiyyət yaşaması da bəllidir. Uduzanlar özlərini əzilmiş hesab edirlər, ona görə də çox şey danışa bilərlər”.

“Radioaktiv materialların qara bazarının mövcudluğunu sübut edən danılmaz isbatlar varsa, onda bu, çox ciddi bir məsələdir”

Borodkin Ermənistandan Gürcüstana və başqa ölkələrə keçirilməsi cəhd edilən radioaktiv maddələrin ifşa olunmasına, eləcə də belə kontrabandaların heç də hamısının aşkar edilməməsinə də münasibətini aşçıqlayarkən deyib ki, əgər həqiqətən də radioaktiv materialların qara bazarının mövcudluğunu sübut edən danılmaz isbatlar varsa, onda bu, çox ciddi bir məsələdir. “Bu mövzu yalnız Gürcüstanın, Azərbaycanın xüsusi didmət orqanlarının deyil, həmçinin dünya ictimaiyyətinin də diqqətinə alınmalıdır. Axı belə yüklərin nəticə olaraq haraya düşməsi məlum deyil. Və əlbəttə istisna etmək olmaz ki, kontrabandanın hamısı ələ keçirilir”, İsrailli şəqrşünas və jurnalit təhlükənin mümkünlüyü barədə danışarkən deyib.

Rövşən RƏSULOV