Putinin Baydenlə Belarusiyada çevriliş cəhdinin müzakirəsi barədə Peskov danşdı

19 Aprel 2021 15:28 (UTC+04:00)

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden, bir telefon danışığında Belarusiyada dövlət çevrilişi cəhdini müzakirə edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu faktı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

Qeyd edək ki Belarusiya prezidenti Aleksandr Lukaşenko əvvəllər demişdi ki, Putin amerikalı həmkarı ilə söhbətində ABŞ dövlətinin xüsusi xidmət orqanları tərəfindən Belarus dövlətinin başçısına qarşı sui-qəsdin hazırlanması məsələsini qaldırıb, lakin cavablar olmayıb.

Peskovla reportajda jurnalistlər Putinlə Bayden arasındakı söhbət zamanı bu mövzunun həqiqətən qaldırılıb-qaldırılmadığını təsdiq edə biləcəyini ondan soruşublar. "Bəli, edə bilərəm", deyə Peskov cavab verib.
Nəzərə çatdıraq ki, Lukaşenko 17 aprel tarixində özünün və övladlarının həyatına qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu elan edib. Cümhuriyyət prezidentinin sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları bununla məşğul olur. Belarusiya DTK rəhbəri İvan Tertelinin dediyinə görə isə, açıqlanan qrup üzvləri Lukaşenka və ailə üzvlərini fiziki cəhətdən yox etmək, hakimiyyəti ələ keçirmək üçün silahlı bir üsyan təşkil etmək planını planlaşdırdılar və praktik olaraq həyata keçirməyə başladılar. Eyni zamanda, qrupa həm Belarusiya vətəndaşları, həm də xaricilər daxil idi.

"Lukaşenkoya qarşı sui-qəsd cəhdinin arxasında ABŞ səlahiyyətlilərinin dayandığı və ya iştirak etdiyinə dair hər hansı bir fkir tamamilə həqiqətə uyğun deyil", deyə bu sözləri, Dövlət Departamentinin sözçüsü 18 aprel tarixində RİA Novosti-yə verdiyi açıqlamada söyləyib.