“Ermənistan razılaşmaya əməl etməsə cəzasını alacaq” MÜSAHİBƏ

19 Aprel 2021 15:22 (UTC+04:00)

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir

- Elşən müəllim, Rusiyanın hələ də “İsgəndər-M” raketlərinin Şuşaya atılması ilə bağlı Azərbaycan cəmiyyətində ki, mövcud narahatçılığa münasibət bildirməməsinin səbəbi nə ilə izah etmək olar?

- Şuşaya “İsgəndər-M” raketinin atılması erməni vəhşiliyinin növbəti sübutudur. Vandal ermənilər bununla bir daha göstərdilər ki, onlar qatildirlər, terrorçudurlar, cinayətkardırlar. Mövzu ilə bağlı ən əsas məsələ və ən aktual sual isə budur: həmin raket hansı yolla əldə olunub? Necə əldə olunub? Terroristlərə niyə verilib, niyə peşkəş edilib? Təbii, hazırda hər kəs bu sualların, bu mübhəmin cavabını gözləyir. Bildiyiniz kimi artıq cənab Prezident də məsələ ilə bağlı öz dolğun və qəti mövqeyini bildirib. Eyni zamanda siyasətçilər, media mənsubları, QHT təmsilçiləri Rusiya tərəfinə açıq mətnli müraciətlər göndərib. Cavab isə hələ yoxdur. Amma olacaq. Mütləq olacaq. Olmalıdır!

- Əgər sübuta yetirilərsə ki, “İsgəndər-M” raketi qaçaqmalçılıq yolu ilə Rusiyadan Ermənistana verilib. Bu halda hansı beynəlxalq hüquqi tədbirlər görülə bilər?

- Ermənistan onsuzda həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsində insanlıq əleyhinə böyük miqyaslı hərbi cinayətlər törədib. Hətta həmin cinayətlər o qədər çoxdur ki, sadaladıqca bitməz. “İsgəndər-M” raketi isə kuliminasiya idi. Bu silahın ağırlığı və təhlükəliliyi haqda yəqin çoxları məlumatlıdır. Hərdən ona bəzən “mini atom” da deyirlər. Belə bir silahdan istifadə etmək və ya həmin silahla kimisə təmin etmək isə böyük cavabdehlik yaradan bir hadisədir. Təbii, belə bir hal sübut olunacağı təqdirdə Azərbaycan bütün mümkün beynəlxalq hüquqi proseduralardan istifadə edəcək və günahkarlar maksimum formada ifşa olunacaq.

- Qarabağda zor gücü ilə yerləşdirilən ermənilər ev-eşiklərini satıb getməyə çalışırlar. Demək olarmı azərbaycanlıların öz doğma yurdlarına qayıdana qədər ermənilər tamamilə oradan çıxacaqlar?

- Ermənilər son dərəcə qorxaq millətdir. Ermənilər öz aldıqları nəfəsdən də qorxurlar. Bax bu qədər bədbəxtdirlər. Onlar əzəli Azərbaycan torpaqlarında da özlərini həmişə müvəqqəti hiss ediblər. Hətta işğal dövründə belə orada çox az sayda erməni yaşayıb. Çünki başa düşüblər ki, Azərbaycan enində-sonunda öz torpağını işğaldan azad edəcək. Və təxminən 30 il sonra həmin hadisə reallaşdı. Müzəffər ordumuzun dəmir yumruğu ermənilərin başını əzdi. Artıq Qarabağ bizimdir və əbədiyyən bizim olacaq. Ermənilər də bu həqiqəti dərk etdikcə daha böyük təlaş yaşayırlar, affekt vəziyyətinə düşürlər, qaçırlar, gizlənirlər. Qoy qaçsınlar. Onlara elə qaçmaq yaraşır. Dünəndən qaçsınlar və heç qayıdan günləri olmasın. Hətta mümkündür ki, azərbaycanlılar öz doğma torpaqlarına qayıdana qədər ermənilər oradan tamamən, ilim-ilim itsinlər.

- Necə düşünürsünüz Ermənistan 10 noyabr razılaşmasının müəyyən bəndlərini hələdə yerinə yetirmədiyinə görə, Azərbaycan anti-terror əməliyyatları apara bilərmi?

- Ermənistan 10 noyabr razılaşmasının bəndlərinə əməl etməsə cəzasını mütləq alacaq. Bu kontekstdə tərəfimizdən mərhələli anti-terror əməliyyatlarının keçirilməsi də istisna deyil və tam mümkündür.