YAP Qobustan rayon təşkilatının fəalları şəhid ailələri ilə görüşləri davam etdirir FOTOLAR

19 Aprel 2021 15:04 (UTC+04:00)

YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev və YAP fəalları I-ci və II-ci Qarabağ müharibəsində 24 Şəhid vermiş Rayonun Sündü kəndindəki Şəhidlər xiyabanına ziyarət etdilər. Məzarları üzərinə tər gül dəstələri qoydular. Xiyabanda görülən işlərlə yaxından tanış oldular və görüləcək işlər barədə fikir mübadiləsi apardılar.

Sonra Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının fəalları rayonun Sündü kəndindən Vətən müharibəsi zamanı şəhid olmuş, Ölkə Prezidentinin Fərmanı ilə Vətən uğrunda, Füzuli və Xocavəndin azad olunmasında fərqləndiyinə görə orden və medallarla təltif olunmuş Quliyev Həsən Yalçın oğlunun böyüyüb boya çatdığı evdə onun ailə üzvləri ilə görüşdülər. Füzuli Gülaliyev ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışaraq bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə bu qəbildən olan insanların həyat şəraitinin və güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.

Sonra F.Gülaliyev qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhunun xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etdiyini, Azərbaycanın igid əsgər və zabitlərinin Vətən müharibəsində şanlı tarix yazdıqlarını və bu qəhrəmanlıq dastanının əbədi yaşayacağını, gələcək nəsillər tərəfindən öyrəniləcəyini və şəhidlərimizin əbədiyaşar xatirələrinin daima yad olunacağını qeyd etdi.Şəhidimizin anası Quliyev a Ziyafət göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdi.

Görüşlər zamanı təşkilatın fəalları şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onlara maddi yardım və ərzaq bağlamaları təqdim olunub.