Bakının sabahı daha abad, daha müasir olacaq TƏHLİL

19 Aprel 2021 14:57 (UTC+04:00)

Prezident İlham Əliyev və Birinci xanım Pirşağıda təməlqoyma mərasimində iştirak ediblər

Artıq bir müddətdir ki, Bakıətrafı kəndlərdə yenidənqurma və bərpa işlərinə start verilib. Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb. Balaxanı qəsəbəsinin timsalında uğurlu təcrübənin şahidi olmuşuq. Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində də bu proses davam edir. Bakı şəhərinin qəsəbələrinin yenidən qurulması işləri çərçivəsində Balaxanıdan sonra sırada Bibiheybətdir. Balaxanı kimi, Bibiheybət də dünyanın ən qədim neft mərkəzidir. Hazırda Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir. İlk növbədə, Bibiheybət buxtası təmizlənib, ərazidə park salınıb, həmçinin incəsənət və idman şəhərcikləri, bulvar yaradılıb. Orada Bibiheybətin qədim neft mərkəzi olmasının simvolu kimi neft buruğunun maketi hazırlanıb. Hazırda qəsəbənin yarısından çox hissəsi artıq abadlaşdırılıb, yalnız bir küçə qalıb. Orada da kanalizasiya işləri görülüb, bütün elektrik xətləri yerin altına salınıb. Bundan əlavə, Bakının daha 7 qəsəbəsində - Ramana, Əmircan, Buzovna, Mərdəkan, Novxanı, Maştağa və Pirşağıda abadlıq işlərinə başlanılıb. Novxanı və Ramanada işlər artıq davam edir.

Pirşağı da yenilənərək paytaxt sakinlərinin və qonaqların gəzib, görəcəyi yerlərdən birinə çevriləcək

Artıq aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb. Balaxanı qəsəbəsinin timsalında uğurlu təcrübənin şahidi olmuşuq. Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində də bu proses davam edir.

Artıq Pirşağı da mahiyyətcə qədim, formaca yeni simasını qazanacaq. Həyata keçirilən tədbirlərin əsas məqsədi buradakı insanların daha yaxşı şəraitdə yaşaması, özlərini daha rahat hiss etmələridir. Pirşağı tarixən iqlim terapiyası üçün əlverişli zona hesab olunub. Yekunda ekoloji vəziyyətin də yaxşılaşdırılması hədəf kimi qarşıya qoyulub.

Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq. Mərkəzi hissədə məscidin qarşısında Şərq bağçılıq ənənələrinə uyğun parkın salınması nəzərdə tutulur. Ənənəvi “Çar-bağ” (Cahar-bağ) prinsipi ilə salınacaq parkın mərkəzində su hövzəsi yerləşdirilib və ondan dörd istiqamətdə yollar ayrılır.

Pirşağıda abadlaşdırma işləri məşğulluğun təminatına da müsbət təsir göstərir. Prosesdə iştirak edənlərin böyük əksəriyyəti məhz yerli sakinlərdən ibarətdir. Yeni siması ilə post-pandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən Pirşağıda tələbata uyğun məhsulların istehsalı da istisna edilmir.

Yeni siması ilə post-pandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən Pirşağıda tələbata uyğun məhsulların istehsalı da istisna edilmir. Abadlaşdırma zamanı tarixi abidələrin bərpası və aşkarlanması əsas məqsədlərdəndir. Pirşağıda bu mənada bərpa-konservasiya olunacaq abidələrdən biri Hacı Şahverdi hamamıdır. Yerli əhali onu “Qum hamamı” kimi tanıyır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hacı Şahverdi hamamı ilə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım qəsəbədə ağac əkiblər. Sonra Prezident İlham Əliyev Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməlini qoyub.

Qeyd olunub ki, bu il Mərdəkan, Buzovna və Maştağa qəsəbələrinin də bu prosesə qoşulacağı gözlənilir. Sonra dövlət başçısı və xanımı qəsəbə ilə tanış olublar.

Prezident İlham Əliyev: “Pirşağıda həmişə yaxşı şanı üzümü var idi – ağ şanı, qara şanı”

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirakı zamanı qeyd olunub ki, post-pandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən Pirşağıda tələbata uyğun məhsulların istehsalı da istisna edilmir. Prezident İlham Əliyev bildirib ki, burada həmişə yaxşı şanı üzümü var idi – ağ şanı, qara şanı. Həmçinin, bildirilib ki, 50 min üzüm tingi əkilib və bu davam etdirilir. Hazırda dörd sort əkilib, ağ şanı da var, qara şanı da.

Bir sözlə, sözügedən qəsəbə də digərləri kimi Pirşağı da yenilənərək paytaxt sakinlərinin və qonaqların gəzib, görəcəyi yerlərdən birinə çeviriləcək.

Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı seçildiyi 2003-cü ildən bu günə kimi həmişə Bakı şəhəri və onun ətraf kənd və qəsəbələrinin sosial-iqtisadi vəziyyəti ilə maraqlanıb. Bunu göz önündə olan reallıqlar və gələcək üçün planlaşdırılan işlər bir daha sübut edir. Bunun bariz nümunəsi 2006-cı ildə paytaxtın və ətrafının sosial-iqtisadi inkişafına yönəldilən və ikiillik dövrü əhatə edən birinci Dövlət Proqramıdır. Daha sonra "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" qəbul edildi, bu proqramla bağlı əhalinin yerlərdən gələn təklif və tövsiyələri əsasında əlavə tədbirlər, mövcud problemlərin aradan qaldırılması məqsədilə fərman və sərəncamlar imzalandı. Sözügedən proqramın icrası ilə əlaqədar görülən işlər, həyata keçirilən tədbirlər sayəsində paytaxtın, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, davamlı və dinamik inkişafın əsası qoyulmuşdur. Yerli sakinlər, hətta xarici ölkələrdən Azərbaycana yolu düşən dövlət başçıları, ezamiyyətə gələn mütəxəssislər, iş adamları, turistlər Bakıda dünya standartlarına uyğun yaradılan infrastruktur yeniliklərindən, aparılan abadlıq və quruculuq işlərindən, paytaxtın dinamik inkişafına heyranlıqlarını etiraf edirlər. Artıq Bakıda irimiqyaslı, beynəlxalq tədbirlərin keçirilməsi də adi hal almışdır. Başqa sözlə, Bakı dünya xəritəsində öz layiqli yerini tuta bilmişdir.

Prezident İlham Əliyev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda demişdir: "...Bakı bu gün dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Bakıya gələn hər bir qonaq bunu qeyd edir və öz təəccübünü gizlədə bilmir. Mənim çoxsaylı təmaslarımda, xarici qonaqlarla görüşlərimdə, demək olar, onların mütləq əksəriyyəti qeyd edir ki, Bakının bu dərəcədə gözəl olduğunu gözləmirdilər. Bakı gözəl şəhərdir, gözəl təbiəti, gözəl ab-havası vardır. Bakının gözəlliyi təkcə binalarda deyildir. Bakının gözəlliyi şəhərimizdə olan tarixi ab-havadadır. Gözəl şəhərlər, gözəl binalarla dolu olan şəhərlər vardır. Ancaq şəhərin gözəlliyini bunlar müəyyən etmir. Bakının özünəməxsus, spesifik bir aurası, tarixi, tarixi siması vardır. Mən şadam ki, son illər ərzində biz Bakının tarixi simasını qoruya bilmişik. Eyni zamanda, hər bir şəhər kimi Bakının da inkişafı təmin edilməli idi. Hesab edirəm ki, biz burada həm tarixi saxlamaqla, memarlıq abidələrini bərpa etməklə, eyni zamanda, müasir infrastrukturun yaradılması, yeni binaların tikilməsi istiqamətində də çox düzgün siyasət aparmışıq ki, müasirliklə qədim tarix burada - Bakıda ziddiyyət təşkil etmir, əksinə, bir-birini tamamlayır. Bakının bir neçə mərkəzi vardır. Bu da hər bir şəhərdə mövcud olan mənzərə deyildir. İçərişəhər, Azadlıq meydanı, "Azneft" meydanı tarixi mərkəzdir. Hazırda Bayraq Meydanı mərkəzə çevrilibdir, bulvar, onun yenilənmiş variantı və Yeni bulvar, "Ağ Şəhər" bulvarı, Heydər Əliyev Mərkəzi, Mərkəzi park... Görün Bakıda son illər ərzində nə qədər ictimai yerlər abadlaşıb, yaradılıb”.

Bəli, göründüyü kimi, Bakımız həqiqətən də günbəgün gözəlləşir, abadılaşır, yeniləşir. Bununla da Bakının sabahı daha uğurlu, daha gözəl olacaq. Və Pirşağıda yaradılacaq şərait həm də bu qədim yaşayış məskəninin yaxın gələcəkdə respublikamızın turizm mərkəzlərindən biri kimi tanınması məqsədi daşıyır. Bütün bunlar isə Azərbaycanın dünyanın ən gözəl ölkələrindən birinə çevirilməsini şərtləndirir. Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin son 17 illik prezidentlik fəaliyyəti müddətində «Dəmir yumruq» siyasəti ilə xalqımızın 30 illik yurd, torpaq həsrətinə 44 gün ərzində son qoyması, haqqın, ədalətin, ərazi bütövlüyümüzün bərpası və nəhayət, Qarabağımızın sahibinə, özümüzə – Qarabağ Azərbaycanımıza qovuşmağımıza bütün dünya şahid oldu. Dövlətinə, xalqına son 17 illik Prezidentlik xidməti fəaliyyətinin əsasında saxlayan - hər kəsin Prezidenti olduğunu əməli fəaliyyəti, hər bir dövlət məmurunun qarşısında qoyduğu tapşırıqları, bunlar yerinə yetirilmədikdə, vəzifə səlahiyyətlərindən sui-istifadə edildikdə atdığı addımları ilə təsdiqləyən dövlət başçısına xalqın sevgisi şəksiz olacaq, Bakının, onun qəsəbələrinin bütün infrastruktur, nəqliyyat, sosial və digər problemləri öz həllini tapacaq. Bununla da Bakının sabahı daha uğurlu, daha gözəl olacaq.

RƏFİQƏ KAMALQIZI