Avtobuslardakı sıxlıq fəlakətə sürükləyir

19 Aprel 2021 14:42 (UTC+04:00)

İstanbulda qadağalar bitdikdə, ictimai nəqliyyatda və dayanacaqlarda sıxlıq yaranıb və sosial məsafə qaydalarına əməl olunmur. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, vətəndaşlar bu hala üsyan ediblər: "Mənimlə yanımdakı arasında 20 santimetr məsafə var. İnsanlar bir-birinin üstündədir!"

Vətəndaşların dediyinə görə, insanların bir-birinin üstündə yol getməməsi üçün avtobusların sayı artırılmalıdır.

Vətəndaş Adnan Asdemir: "Avtobuslarda çox sıxlıq var. Ciddi-ciddi insanlar biri-birinin üstündə gedirlər. Bu sıxlığı həll etmək üçün ictimai nəqliyyatların sayı artırılmalıdır".

Derya Ulu: "Mümkün qədər ictimai nəqliyyatdan istifadə etməməyə çalışıram. Lakin, bu gün xəstəxanaya gedirdim, ona görə istifadə etməli oldum. Vəziyyət bərbaddır".

Muhsin Kılınç: "Yanımdakı insan üzünü hara çevirsə, mən də əks tərəfə üz tuturam. Mənimlə onun arasında 20 santimetr məsafə var".

Ahmet Göksu: "İnsanlar üst-üstə çıxır. Sosial məsafə deyilən bir şey yoxdur. Səfərlərin sayı mütləq artırılmalıdır".

Ayşən Vəli