2 avtomobildən oğurluq edildi

19 Aprel 2021 14:17 (UTC+04:00)

Binəqədi rayonu ərazisində 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də rayon ərazisində 2 avtomobildən videoqeydiyyat qurğuları və elektron siqaret oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Qasımov və E.Səfərov saxlanılıblar.