Ramiz Həsənov Azərbaycanın İspaniyada yeni səfiri təyin edilib - SƏRƏNCAM

19 Aprel 2021 13:51 (UTC+04:00)

Prezident İlham Əliyev Ramiz Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilir.

Dövlət başçısının digər sərəncamı ilə Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.