Hindistanda yeni növ Covidin yayılma təsiri

19 Aprel 2021 12:45 (UTC+04:00)

Səhiyyə işçiləri Hindistanda yeni növ Covid variantının yayılma təsirini araşdırırlar.

Alimlər bildiriblər ki, "narahatlıq kimi" təsnif etmək üçün Hindistan növü ilə bağlı hələ kifayət qədər məlumat yoxdur. Susan Hopkins bildirib ki, İngiltərədə səyahətlə əlaqəli olmayan hadisələrin olduğunu və mənşəyinin araşdırıldığını söyləyib.

Hopkins bildirib ki, Hindistanın hökumətin "qırmızı siyahısına" əlavə edilməsinə qərar vermək üçün hələ tezdir.

İngiltərə Xalq Sağlamlığı, Hindistanda ilk dəfə təyin olunan bu variantın 73 yoluxan İngiltərədə, dördünün isə Şotlandiyada tapıldığını söyləyib.

Epidemioloq Mike Tildesley, variant haqqında daha çox məlumat almaq üçün təcili olaraq araşdırmaların edilməli olduğunu söyləyib. “Bu yeni variantlar ortaya çıxdıqda, hər zaman bunun bir narahatlıq yarandığını deyə bilərəm və mümkün qədər tez məlumat əldə etməyimiz həqiqətən vacibdir. Hindistan variantında narahat olduğumuz mövzu peyvəndlərin daha az təsirli və virusu daha bulaşıcı edə biləcək iki mutasiyanın olmasıdır."