Türkiyənin yeni səfiri: "Yeni vəzifə üçün səfərdəyik"

19 Aprel 2021 11:34 (UTC+04:00)

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağcı Bakıya gəlir. SİA-nın məlumatına görə, bu barədə səfir öz "Twitter" səhifəsində yazıb.

O bildirib: "Yeni vəzifə üçün səfərdəyik. Allah görəcəyimiz bütün işləri düzgünlüklə görməyi nəsib etsin, gücümüzü artırsın və köməyimiz olsun".

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın ölkəmizdəki diplomatik fəaliyyəti başa çatıb.