Sabah Milli Məclidə komitələrin birgə iclası keçiriləcək

19 Aprel 2021 10:55 (UTC+04:00)

Sabah Milli Məclidə komitələrin birgə iclası keçiriləcək.

SİA-nın məlumatına görə, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2020-ci ilə dair illik məlumatı haqqında məsələ müzakirə ediləcək.

Parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirədən sonra hesabatın parlamentin plenar iclasına tövsiyə olunması nəzərdə tutulur.