Heydər Əliyev Sarayı yeni romanslar təqdim etdi FOTOLAR

19 Aprel 2021 09:37 (UTC+04:00)

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” adlı layihəsi çərçivəsində ədəbi-bədii musiqili kompozisiya hazırlayıb.

SİA-nın məlumatına görə, layihədə gənc bəstəkar Saleh Nəzərovun Nizami Gəncəvinin sözlərinə yazdığı romansları təqdim olunub. Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, yeni romansları yaratmaqda məqsəd müasir istedadlı gənclərin bu layihəyə cəlb olunmasıdır. Romanslar Heydər Əliyev Sarayının nəzdində yaradılan “Perfect Troupe” gənc vokalçılar tərəfindən ifa edilib.