Rusiya Çexiyanın Moskvadakı səfirliyinin 20 əməkdaşını "persona non-qrata" elan edib

19 Aprel 2021 03:08 (UTC+04:00)

Rusiya 18 rus diplomatının Praqadan çıxarılmasına cavab olaraq Çexiyanın Moskvadakı səfirliyinin 20 əməkdaşını "persona non-qrata" elan edib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məlumata əsasən, Çexiyanın Moskvadakı səfirliyinin 20 əməkdaşı aprelin 19-u Rusiya ərazisini tərk etməlidir.

Qeyd edək ki, daha əvvəl Çexiyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılmışdı.