Türkiyədə son sutkada 55 802 nəfərin koronavirus testi pozitiv nəticə verib

18 Aprel 2021 22:15 (UTC+04:00)
Türkiyədə son sutkada 55 802 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. SİA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb. Gündəlik statistikaya əsasən, son 24 saatda 318 nəfər COVID-19-dan dünyasını dəyişib. Hazırda ölkə üzrə bu infeksiyadan ölənlərin ümumi sayı 35 926 nəfərdir, 3 275 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır. Türkiyədə indiyədək 4 268 447 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 687 590-ı müalicə olunaraq sağalıb.