Misirdə qatarın relsdən çıxması nəticəsində 8 nəfər həlak olub, 109 nəfər yaralanıb

18 Aprel 2021 19:44 (UTC+04:00)

Misirin paytaxtı Qahirənin şimalındakı Qalyubia əyalətində qatarın relsdən çıxması nəticəsində 8 nəfər həlak olub, 109 nəfər yaralanıb.

SİA xəbər verir ki, bu barədə "Al Arabia" telekanalı Misirin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

Hadisə nəticəsində 100-dən çox insan da yaralanıb.

Qatar Əl-Mansur şəhərindən Qahirəyə yola düşübmüş.

Bölgənin qubernatorluğundan verilən məlumata görə, səkkiz vaqon relsdən çıxıb.