Təzə Pir məscidində Xalq artisti ilə vida mərasimi keçirilib FOTO

18 Aprel 2021 12:40 (UTC+04:00)

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə Təzə Pir məscidində vida mərasimi keçirilir.

SİA xəbər verir ki, məsciddə mərhum üçün cənazə namazı qılınıb.

Vida mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığına aparılacaq.

Qeyd edək ki, E.Quliyev aprelin 16-da 80 yaşında vəfat edib.