Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib.
SİA-nın məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi xəbər verib.
Bildirilib ki, zəlzələnin episentri Miyaqi prefekturasında olub. Təkanların ocağı 50 kilometr dərinlikdə yerləşib.