Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb

18 Aprel 2021 04:28 (UTC+04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Maştağa-Zabrat şosesində baş verib.

1969-cu il təvəllüdlü Əliyev İlqar Yadulla oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.