“Çelsi” “Mançester Siti”yə qalib gəlməklə finala yüksəlib

18 Aprel 2021 01:32 (UTC+04:00)

Futbol üzrə İngiltərə kubokunda yarımfinal mərhələsinə start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Çelsi” Premyer Liqanın lideri “Mançester Siti” ilə üz-üzə gəlib. London təmsilçisi bu oyunda minimal hesabla qalib gəlməklə finala yüksəlib.

Digər finalçının adına “Lester Siti” – “Sauthempton” matçında aydınlıq gələcək.

İngiltərə kuboku

Yarımfinal

17 aprel

Çelsi – Mançester Siti 1:0

Qol: Ziyeş, 55.

18 aprel

20:30. Lester Siti - Sauthempton