“Borussiya” “Ayntraxt”ı, “Frayburq” “Şalke”ni, “Bayer” “Köln”ü darmadağınla yola salıb

18 Aprel 2021 00:56 (UTC+04:00)

Futbol üzrə Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə günü baş tutub.

Lider “Bavariya” bu turda turnir cədvəlinin 3-cüsü “Volfsburq”un qonağı olub. Münhen təmsilçisi bu oyunda çətin qələbəyə sevinib.

Mönhenqladbax “Borussiya”sı “Ayntraxt”ı, “Frayburq” “Şalke”ni, “Bayer” “Köln”ü darmadağınla yola salıb. “Union Berlin” də “Ştutqart” üzərində qələbə qazanıb. “Auqsburq” – “Arminiya” görüşündə isə hesab açılmayıb.

Almaniya Bundesliqası

29-cu tur

17 aprel

Auqsburq – Arminiya 0:0

Borussiya (Mönhenqladbax) – Ayntraxt 4:0

Qol: Ginter, 10. Hofmann, 60. Bensebaini, 67. Volf, 90+5.

Frayburq – Şalke 4:0

Qol: Holer, 7. Sallai, 22. Gunter, 50; 74.

Union Berlin – Ştutqart 2:1

Qol: Promel, 20. P.Musa, 43 – Forster, 49.

Volfsburq – Bavariya 2:3

Qol: Veqorst, 35. Filipp, 54 – Musiala, 15; 37. Şupo-Motinq, 24.

Bayer – Köln 3:0

Qol: Beyli, 5; 76. Diabi, 51.

16 aprel

Leypsiq – Hoffenhaym 0:0

18 aprel

17:30. Borussiya (Dortmund) – Verder

20:00. Maynts – Herta