"Neftçi" "Zirə"ni darmadağın edib, "Keşlə" - "Sabah" oyunu heç-heçə başa çatıb

17 Aprel 2021 22:06 (UTC+04:00)

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub.
SİA"Neftçi" "Zirə"ni uddu, "Keşlə" "Sabah"la heç-heçə etdi xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. Əvvəlcə "Sabah" "Keşlə"nin qonağı olub. Oyunda qol vurulmayıb. Turun mərkəzi oyununda isə "Neftçi" "Zirə"ni qəbul edib. Oyun meydan sahiblərinin böyükhesablı qələbəs ilə başa çatıb - 4:0.

17 aprel (şənbə)

20:15. “Neftçi” – “Zirə” - 4:0
Qol: Namiq Ələsgərov, 47, Mirabdulla Abbasov, 74, Namiq Ələsgərov, 77, Stiven Monroz, 90+2
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
“Bakcell Arena”

18:00. “Keşlə” – “Sabah” - 0:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəhim Həsənov
“ASK Arena"

16 aprel (cümə)

“Sumqayıt” –“Qəbələ” - 2:0

“Səbail” – “Qarabağ” - 1:1

N Klublar O Q H M T-F X
1 Qarabağ 23 13 8 2 52-16 47
2 Neftçi 23 14 4 5 36-23 46
3 Sumqayıt 23 8 8 7 28-28 32
4 Zirə 23 7 11 5 24-25 32
5 Qəbələ 23 5 9 9 20-33 24
6 Səbail 23 4 9 10 20-34 21
7 Sabah 23 5 6 12 20-29 21
8 Keşlə 23 3 11 9 21-33 20

Bombardirlər:

Namik Ələskərov ("Neftçi") - 16 qol
Mahir Emreli ("Qarabağ") - 13 qol
Filip Ozobiç ("Qarabağ") - 11 qol
Əli Qurbani ("Sumqayıt") - 9 qol
Davit Volkov ("Zirə") - 8 qol
Rəhim Sadıxov ("Sumqayıt") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol