İranlı ana beşəm uşaq dünyaya gətirib

17 Aprel 2021 19:46 (UTC+04:00)

İranın Fars əyalətindəki Lamərd şəhərində 22 yaşlı qadın hamısı oğlan olmaqla beşəm uşaq dünyaya gətirib. SİA xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat verib.

Ana özünü çox yaxşı hiss edir. Uşaqlar isə hələlik xəstəxanada həkim nəzarətindədir. Həkimlər qeyd edirlər ki, bir həftədən sonra körpələr evə buraxılacaq.

Sürücü işləyən körpələrin atası bildirib ki, 5 uşağın birdən olacağını gözləmirdi. O yeni və daha çox gəliri olan iş axtarışında olduğunu bildirib.