20 yaşlı gəncin dəhşətli ölümü MÜƏMMALAR ORTAYA ÇIXDI

17 Aprel 2021 17:48 (UTC+04:00)

Türkiyə vətəndaşı 20 yaşlı Sedat Ölmez ürək tutmasından ölüb. İddiaya görə, iftardan sonra dostları ilə idmana gedən Sedat Ölmez, isinmə hərəkətləri edərkən sinəsinin ağrıdığını söyləyib. Dostları kənara çəkilən Sedata su veriblər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, su içərkən ürəyinin ağrıdığını söylədikdən sonra huşunu itirib. Dostları ona ürək masajı edib xəstəxanaya aparıblar. Gənc xəstəxanaya çatdırılanda artıq ölmüşdü.

Komanda yoldaşı olan Serdar Ölmez bunları deyib: ''Hadisə bir dəqiqədə baş verdi. Xalça meydançasında bir-iki atış etdi, sonra dedi ki, sinəm ağrıyır və su verdik. Dostlarımla birlikdə maşına mindirdik və Andaç Sərhəd Taburu xəstəxanasının həkiminə apardıq, ora çatana qədər yolda həyatını itirmişdi.

Ayşən Vəli