“Bayden ABŞ-Rusiya münasibətlərinin "yenilənməsində" maraqlı deyil” “Die Zeit” qəzeti

17 Aprel 2021 14:58 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden tərəfindən atılan addımlar, onun Moskva ilə Vaşinqton arasındakı münasibətlərin "yenidən qurulmasında" maraqlı olmadığı təəssüratını yaradır. SİA RenTV-yə istinadən xəbər verir ki, bu fikri “Die Zeit” qəzetində bir məqalə müəllifi yazıb.

Onun sözlərinə görə, əvvəlcə elə görünürdü ki, guya Amerika lideri gərginliyi boşaltmaq istəyir, amma səyləri göstərdi ki, o vəziyyəti daha da gərginləşdirdi. Müəllif hesab edir ki, eyni zamanda, sanksiya tətbiq olunmasına baxmayaraq Bayden Rusiya Federasiyası ilə qarşıdurma axtarmır. O, zənn edir ki, bəlkə də, Bayden “Rusiyanı Qərbdən və ya Qərbi Rusiyadan ayırmaq” kimi, münasibətlər qurmağın üçüncü bir yolunu da tapıb.

Xatırladaq ki, 15 aprel tarixində Amerika Prezidenti Co Bayden yeni anti-Rusiya sanksiyalarının tətbiq edilməsi barədə bir fərman imzalayıb. Rusiya Xarici İşlər Nazirliyinin də ABŞ-ın yeni sanksiyalarına qarşı cavab tədbirləri elan edilib və bundan sonra Rusiya Federasiyası Con Bolton və digər yüksək rütbəli Amerika rəsmilərinə qarşı məhdudiyyətlər tətbiq edib.