Rauf İsmayılov vəfat etdi

17 Aprel 2021 14:40 (UTC+04:00)

Tanınmış keçəçi-rəssam Rauf İsmayılov vəfat edib. SİA-nın məlumatına görə, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd edək ki, Rauf Əbdülhüseyn oğlu İsmayılov 28 iyun 1957-ci ildə Mingəçevir şəhərində anadan olub.

“Ana məhəbbəti”, “Hünər meydanı”, “Fəryad”, “Gəl rəqs edək”, “Gecə görüntüləri”, “Qurtuluş”, “Məhəbbət sorağında”, “Tənha ağac” kimi əsərlərin müəllifi R.İsmayılov 2002-ci ildə “Humay” Milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi “Soltan Məhəmməd” adına xüsusi mükafata, 2005-2006-cı illərdə İran İslam Respublikasının, 2006-cı ildə Alman səfirliklərinin xüsusi diplomlarına layiq görülüb.

Rəssamın “Həyatın bir anı” (Bakı, 2006), “Ulu sənət” (2009), “Ulu xalq-ulu sənət” (2010) adlı fərdi sərgiləri təşkil olunub.

Rauf İsmayılov Azərbaycanda keçə sənəti ilə məşğul olan ilk və yeganə rəssam idi.