Mətanətin ailəsi koronavirusa yoluxdu

17 Aprel 2021 13:33 (UTC+04:00)

Əməkdar artist Mətanət İsgəndərlinin ailəsi koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bu haqda müğənni özü məlumat yayıb.

O bildirib ki, Bakıda olan valideynlərinin testi pozitiv olub: "Nəslimizdə hamı koronavirusa yoluxub. Anam, atam və bacım da xəstədir. Özüm Moskvadayam, ürəyim onların yanındadır. Buradan onlara yardım edirəm. Hələ uzun müddət Bakıya qayıtmağı düşünmürəm".