Koronavirusa yoluxan və ölənlərin sayı sürətlə artır Ermənistanda

17 Aprel 2021 12:01 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların ümumi sayı demək olar ki, 208 minə çatıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Səhiyyə Nazirliyinin saytında informasiya verilib.

İnformasiyaya görə, 17 aprel tarixinə Ermənistanda təsdiqlənmiş 207 973 koronavirus hadisəsi qeydə alınıb. Qeyd olunur ki, beləliklə, gün ərzində yeni yoluxma hadisələrinin sayı 870 olub, son sutka ərzində 24 nəfər ölüb.
Bildirilir ki, ümumilikdə ölkədə 931 583 koronavirus testi aparılıb, artıq 3 859 nəfər bu virus səbəbilə ölüb, hazırda 15 880 xəstə müalicə olunur.