Qaydaları pozan sürücülərə qarşı reyd keçirilib

17 Aprel 2021 12:28 (UTC+04:00)
Biləsuvar rayonunda dayanma-durma qaydalarını pozan sürücülərlə bağlı reyd keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə reyd keçiriblər. Dövlət Yol Polisi əməkdaşları şəhərin müxtəlif nöqtələrində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparıb. Qaydaları kobud şəkildə pozan avtomobillərin sürücüləri barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub.