Yanvar-fevral ayları ərzində Azərbaycanda 20 min 984 körpə doğulub

17 Aprel 2021 12:08 (UTC+04:00)
Bu ilin ilk iki ayı ərzində Azərbaycanda 20 min 984 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 13 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u əkiz, 9-u isə üçəmdir. Yanvar-fevral aylarında ölkədə 13 min 338 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 8,2 təşkil edib.