Ermənistan daha 194 itkisini açıqladı

17 Aprel 2021 09:15 (UTC+04:00)

Ermənistan tərəfi ikinci Qarabağ döyüşlərində məhv edilmiş daha 194 hərbçisinin adını açıqlayıb. SİA xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, müharibədən 6 ay keçsə də Ermənistan rəsmən itkilərininin dəqiq sayını elan etməyib. Bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan 4000-4050 itkilərinin ola biləcəyini deyib. Lakin bu, həqiqi rəqəmləri əks etdirmir. Ermənistan tərəfinin itkiləri bundan daha çoxdur.