Burun, üz və kəllə nahiyəsindən xəsarət alan Şahruddin Məhəmmədəliyevə 25 tikiş qoyulub

17 Aprel 2021 00:42 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının XXIII turunda “Səbail”lə səfər matçının 26-cı dəqiqəsində ciddi zədə alan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev dərhal xəstəxanaya aparılıb.

SİA klubun saytına istinadən məlumat verir ki, burun, üz və kəllə nahiyəsindən xəsarət alan qolkiperə 25 tikiş qoyulub.

İlkin müayinədən sonra yığmamızın da şərəfini qoruyan Məhəmmədəliyevin ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.