Qazaxıstanda SU-30SM qırıcısı təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb

16 Aprel 2021 23:47 (UTC+04:00)

Qazaxıstanda SU-30SM qırıcısı Balxaş şəhərində yerləşən təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb.

SİA-nın məlumatına görə, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Təlim uçuşları zamanı çoxfunksiyalı Su-30SM qırıcısı Balxaş şəhərinin aviasiya təlim mərkəzində eniş edərkən qəzaya uğrayıb. Təyyarənin heyəti katapult edib, onlar sağdırlar və həkimlərin nəzarəti altındadırlar".

Qeyd edilir ki, hadisə yerinə qəzanın səbəbini müəyyən etmək üçün xüsusi komissiya cəlb edilib.