Armen Sarkisyanın Gürcüstana səfərində QALMAQAL

16 Aprel 2021 20:25 (UTC+04:00)

Yoxsulluq içində üzən, postmüharibə dövründə isə miskin duruma düşən Ermənistanın marionet prezidenti Armen Sarkisyanın Gürcüstana səfəri qalmaqalla yadda qalıb. SİA-nın gürcü mənbələrinə istinadən verdiyi məlumata görə, A.Sarkisyanın Tbilisidə məskunlaşdığı "The Biltmore" oteli kralların qala biləcəyi yerdir, təsəvvür edin bir gecəsi 2000 ABŞ dollarıdır. Təbii ki, bu xərci Ermənistan dövləti ödəmək iqtidarında deyil.

Ermənistanda məsələ ilə bağlı ictimai fikrin Sarkisyanın əlehinə olduğunu hiss edən prezidentin köməkçiləri tələsik açıqlama veriblər ki, otel xərcinin cavabdehliyi dəvət edən ölkənin üzərində olduğuna görə, bunun onlara heç bir aidiyyəti yoxdur.

Məsələ burasındadır ki, həm oteldən, həm də Gürcüstanın rəsmi dairələrindən erməni prezidenti qane edəcək cavab verilməyib. Bir sözlə, otel xərcini ödəmək Ermənistanın prezidentinin boynundadır.