"Azərişıq" əhaliyə göstərdiyi 19 xidməti elektronlaşdırıb

16 Aprel 2021 16:52 (UTC+04:00)

"Azərişıq" əhaliyə göstərdiyi 19 xidməti elektronlaşdırıb. SİA-nın məlumatına görə, bunu "Azərişıq"ASC-nin İnformasiya texnologiyaları departamentinin rəisi Qalib Həmidov deyib.

O bildirib ki, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, "Azərişıq" bir çox xidmətlərini elektronlaşdırıb: "Artıq 19 xidmətimizi elektronlaşdırmışıq. Məhz abunəçilərin elektik şəbəkəsinə qoşulmaq üçün olan bu xidmət abunəçiyə imkan verir ki, 20 gün müddətində heç bir növbə gözləmədən şəbəkəyə qoşulmaq üçün müraciət eləsin. Əgər istehlakçı istəsə, əlavə ödəniş etməklə bu müddəti 10 günə qədər azalda bilər".

Departament rəhbərinin sözlərinə görə, "Azərişıq"ın təqdim etdiyi bu xidmət Dünya Bankının "Doing Business" hesabatı üzrə ekspertlər tərəfindən yüksək qiymətləndirilib.