“18 aprel Tarixi abidələrin mühafizəsi günü”nə həsr olunmuş tədbir keçirilib FOTO

16 Aprel 2021 16:47 (UTC+04:00)

16 aprel 2021-ci il tarixində BDU-nun Tarix fakültəsinin təşkilatçılığı ilə “18 aprel Tarixi abidələrin mühafizəsi günü” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, BDU-nun Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini dosent Bəxtiyar Nəbiyev giriş sözü ilə çıxış edərək 18 aprel tarixi abidələrin mühafizəsi gününün qeyd olunmasının vacibliyindən bəhs edib və Prezidentimiz İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin mühafizəsi və regional və beynəlxalq çərçivədə təbliğində böyük rolundan bəhs edib.

Sonra Tarix fakültəsinin dekan vəzifəsini icra edən professor İbrahim Zeynalov çıxış edərək son illərdə ölkəmizdə tarixi abidələrin bərpası və qorunması stiqamətində layihələrin icra olunmasından, abidələrin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində gördüyü işlər haqqında bəhs edib.

Daha sonra Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müəllimi, tarix elmləri doktoru Tarix Dostiyev məruzə ilə çıxış edərək ölkəmizdə yaşı əsrlərlə və minilliklərlə ölçülən tarixi abidələrimizin, Azıx mağarasından tapılmış alt çənə sümüyü, Qobustan, Tağlar, Damcılı qədim yaşayış məskənlərinin olmasını təsdiqləyən elementlərdən bəhs edib.

Sonda çıxış edən Bakı Dövlət Universitetinin tarixi muzeyinin əməkdaşı Arzu Əkbərova BDU-nun nəznində fəaliyyət göstərən bir sıra muzeylərdən xüsusilə də, Heydər Əliyev adına muzeyin fəaliyyətindən bəhs edib.