Musiqi məktəbinin növbəti uğuru

16 Aprel 2021 13:44 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fleyta ixtisası üzrə şagirdi Cumayev Sadəddin İtaliyada keçirilən onlayn “Stage Creativity Contest Marinella” adlı müsabiqədə iştirak edib.

İdarədən SİA-ya bildirilib ki, gənc ifaçı Raxmaninovun “İtaliya polkası” əsərini ifa edərək münsiflərin qərarına əsasən II yerə layiq görülərək laureat adını qazanıb. Həmçinin Sadəddinin müəllimi Turan Bədəlli təşəkkürnamə ilə təltif olunub.