Çiyələk yarpağının faydaları

16 Aprel 2021 11:45 (UTC+04:00)

Çiyələyin revmatizmə, qaraciyər xəstəliklərinə və dəriyə bir çox faydası indi hamı tərəfindən bilinir. Amma çiyələk yarpağının faydalarından bir çox insan xəbərsizdir. Çiyələk yarpaqları da bir çox xəstəlik üçün şəfa mənbəyidir.

Baharın ən gözəl meyvələrindən biri olan çiyələkdir. Çiyələk yarpaqlarının yararsız olduğunu düşünürük və əksər vaxt atırıq. Lakin çiyələk yarpağı çiyələyin özü qədər faydalıdır.

Quru və ya nəm formada hazırlanmış çayla qəbul olunarsa bir çox xəstəliyə şəfa ola bilər. Çiyələk yarpağı çayı aterioskleroz, yüksək qan təzyiqi, qarın nahiyəsində su yığılması, böyrək və sidik kisəsi xəstəlikləri, qum və daş xəstəliklərində xəstələrə fayda gətirir.

Bəs, çiyələk yarpaqlarının hansı faydaları var?

- Bağırsaq "dostu" olan çiyələk yarpağı bağırsaq iltihabının, bağırsaq qurdlarının, bağırsaq qazının və qəbizliyin qarşısını alır. Metabolizmə də sürətləndirici təsir göstərir.

- Bədəndə yığılan ödəmi aradan qaldırmağa kömək edir. Həm də sidikqovucu bitkidir. Böyrəklərin işini tənzimləyir.

- Qaraciyəri qoruyur və qaraciyər xəstəliklərinə faydalıdır. Antioksidan xüsusiyyətə malik çiyələk yarpağı qanı təmizləyir və immunitet sistemini gücləndirir.

- Qırtlaq xərçəngindən qoruyur.

- Yuxunu asanlaşdırır və stresə qarşı faydalı bitkidir.

Arzu Elsevərqızı